Qitə 11 - Mən sübhü şam dudi-dili suznak ilə
Görünüş
| Mən sübhü şam dudi-dili suznak ilə Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Mən sübhü şam dudi-dili-suznak ilə,
Bağrın kəbab edib, verərəm çərxə inqilab.
Hutü Həməl mədari ilə asiman dəxi,
Qan uddurub, verər dili-suzanimə əzab.
Dünyadə yox fərağətə ümmid, nişəkim,
Qan uddurur oda netəkim, cizginir kəbab.