Qitə 21 - Oldur ğəzəl ki, feyzi onun am olub müdam
Görünüş
| Oldur ğəzəl ki, feyzi onun am olub müdam Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024) Müəllif: Məhəmməd Füzuli Tərcüməçilər: Həmid Araslı |
Oldur ğəzəl ki, feyzi onun am olub müdam,
Arayişi-məcalisi-əhli-qəbul ola.
Virdi-zəbani-əhli-səfavü sürur olub,
Məzmunu zövqbəxş, səriül-hüsul ola.
Ondan nə sud kim, ola mübhəm ibarəti,
Hər yerdə istima’in edənlər məlul ola.