Məzmuna keç

Qitə 23 - Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər

Vikimənbə saytından
Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər,

Şərmsar etmək, əta ummaq nədir, zülmi-sərih!

Sən bilirsən, mücmələn, ondan nə alırsan, vəli

Bilməz ol kim, aldığı səndən həsəndir, ya qəbih.

Zahirən satmaq hünər, almaq əta bir bey’dir,

Tifldir nadan, buyurmaz şər’ onun bey’in səhih.