Məzmuna keç

Qitə 37 - Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil

Vikimənbə saytından
Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil,

Yelə verdin xilafi-şər’ilə namusun islamın.

Bu əndam ilə vəcdiyyatdan dəm urmaq istərsən,

İlahi, ney kimi surax-surax olsun əndamın.