Məzmuna keç

Qitə 40 - Doğruluq ilə istə ülüvvi-məqam kim

Vikimənbə saytından
Doğruluq ilə istə ülüvvi-məqam kim Qitələr (Füzulinin Azərbaycanca Divanı) (2024)
Müəllif: Məhəmməd Füzuli
Tərcüməçilər: Həmid Araslı


Doğruluq ilə istə ülüvvi-məqam kim,

Gəldikcə halinə verə dövri-fələk rəvac.

Doğruluq ilə hərflərə sədrdir “əlif”,

“Ya” hərfini ayağə buraxmışdır e’vicac.

Doğrular ilə gəz ki, səni sərbülənd edə,

Əgrilər ilə eyləmə, əlbəttə, imtizac.

“Ya” ixtilatı ilə sərir oldu payimal,

Başda məqam tutdu “əlif” nüsrətilə tac.