Məzmuna keç

Qoğıl dünya bəzəgini, bu dünya yeldür ya xəyal

Vikimənbə saytından
Qoğıl dünya bəzəgini, bu dünya yeldür ya xəyal
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Qoğıl dünya bəzəgini, bu dünya yeldür ya xəyal,
Nə qılİsər bizə vəfa, çünki pusudadur zəval.

İstəmə ömri-faniyi, dünya kimə qaldı baqi?!
Yüz bin məlik, yüz bin sultan rayıgan qodı mülkü mal.

Neçə uzun əndişələr yoldaş idi bizüm ile,
Dost fikrətindən artuğı cümlə qatıdur(ur) battal.

Alğıl kəndü əlün ilə genə kəndü hesabum,
Yoxsa serhənglər əlində qatı yaramaz olur hal.

öldür nefsün diləgini, ilet tənəşir üstinə,
Yoxsa keksüz ölicəgəz sana fərman olur ğəssal.

Hər kim sana sorar isə e’tiqadun nədür Həqqə,
Öpgil əlini ayağın, budur cəvabına sual.

Yunus, sana ferizedür işbu sirati-müstəqim,
İləyündə həşrə nəşrə həqqül-yəqin ola vüsal.