Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-İxlas surəsi

Vikimənbə saytından
Əbu Ləhəb surəsi Quran. Əl-İxlas surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Fələq surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir.
2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır.
3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil).
4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».