Məzmuna keç

Qurbanın ola bilsəm

Vikimənbə saytından
Qurbanın ola bilsəm
Müəllif: Almas İldırım


Ağlama, ağlama, ey gözləri buludtlu yar,
Barı uzaqdan olsa, qadanı ala bilsəm…
Bir tərlan kimi qonsam о qar yallı dağlara,
Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,
Qurbanın ola bilsəm…

Yenə yaşlar göründü о dalğın gözlərində,
Bir qurbanmı gedən var о buz dənizlərində?
Illər boyu bir bahar görməyən düzlərində,
Gül kimi açılsam da, gül kimi sola bilsəm,
Mən sənin ola bilsəm…

Dün bir yaralı durna bir xəbər verdi acı,
Dedi: "Dağların issız, yох qumrusu, turacı"
Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı…
О dərdinə bir məlhəm, dir dərman bula bilsəm,
Mən sənə gələ bilsəm…