Rəhgüzari-mətbuatda bir şükufeyi-məarif
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Rəhgüzari-mətbuatda bir şükufeyi-məarif Müəllif: Məhəmməd Hadi |
Ey iktisabi-elmə şitaban olan çocuq,
Ey talibi-şükufeyi-ürfan olan çocuq,
Bir tərzi-dilrübadə xüraman olan çocuq,
Ağuşi-məktəbü ədəbə can atan çocuq,
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Kəndi çocuq, ruhdə bir intibaha, bax!
Salik bulunduğu o gözəl şahrahə bax,
Ruyində parlayan ləməati-fəlahə bax,
Bax, bax, o dideyi-ülüviyyətpənahə bax.
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Dildadeyi-xüraminəm, ey kəpki-cilvədar,
Xətvəndə qaldı gözlərim, ey mürği-xüldzar,
Şövqü şətarətin vələhəfzayü cəzbədar,
Ey qönçeyi-məali, a rəşkavəri-bəhar!
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Bax, bax, xüramına, nə əcəb dilfiribdir,
Mə'sum bir çocuq nə əsilü nəcibdir,
Sanki şükufəzarə uçur əndəlibdir,
Ey nuri-çeşmü can, ədəb insanə zibdir.
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Məktəb yerindi, şüğlün, işin iktisabdır,
Kəsbin fünuni-aliyə, elmül-hesabdır,
Fikrin ziyalı, şö’şəəli afitabdır,
İslam çocuqları, a quzum, dilxərabdır.
Me'mari-elm ilə dili imran olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Ey zadeyi-ədəb! Həsəd olsun bu halinə!
Vermiş müəllimin nə təravət nihalinə,
Məczubdir dilim şu münəvvər xəyalinə,
Baxdıqca bəxtiyar deyirəm yolü balinə,
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Yavrum, quzum! Ülum ilədir qiyməti-bəşər,
Təhsili-mə'rifətlə olur rüf əti-bəşər,
Qabilmi elmsiz ola hürriyyəti-bəşər?
Vabəsteyi-kəmaldir ülviyyəti-bəşər.
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Olsun həsəd şu madərə kim, elmə yardır,
Ənvari-mərifətlə dili şö’lədardır,
Gül bəsləmək üçün qucağı növbəhardır,
İslam xanımları niyə zülmətşüardır?
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Bizlərdə yox ki, kəşfi-kəmalət xanımlara,
Olmuş həlal pərdeyi-qəflət xanımlara,
Hürriyyətü hüquq “zəlalət" xanımlara,
Pirayədir qüyudü əsarət xanımlara.
Ey kainati-izzətə sultan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Əvvəl müəllimə çocuğa olsa madərі,
Övlad olurmu tihi-cəhalətdə sərsəri?
Olsun gərək də validə canparə rəhbəri,
Yox dinləyən, fəsanə bilirlər bu sözləri.
Sən dinlə, ey nümuneyi-ürfan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!
Nisvan sözü alındımı kilki-kitabətə,
Bir daşdı sanki bu düşüyor rə'si-millətə!
Olsun tüfu, tüfu, bu cühulanə qeyrətə!
Layiqmidir, quzum, belə millət siyadətə?
Sən söylə, qorxma, sahibi-vicdan olan çocuq,
Ey cənnəti-səadətə rizvan olan çocuq!