Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana
Görünüş
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana Müəllif: Həsənəli xan Qaradaği |
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir bana,
Gecələr göz xabə uymaz, ah adətdir bana.
Getdi arami-dilim, taq oldı bunca taqətim,
Keçdi ömrüm hicridə, hicran qiyamətdir bana.
Nalədən bir payə buldım kim, onunla mən yetəm
Mətləbü məqsudə, gördüm, ah qismətdir bana.
Can nə olmuş, bilməzəm cananə yetməz bunca kim,
Ağlaram şəb ta səhər, həmvarə firqətdir bana.
Bu könül səndən degil, Xana əbəsdir nalələr,
Bir xəyalın anidə hicrincə vüslətdir bana.
Xoş demiş eşqində aşiq min dəvasızdır, vəli
Eşqi-şuri dəmbədəm bir özgə halətdir bana.
Xaksari-məqdəmin olmaq təmənna etmişəm,
Filhəqiqə eyb olmaz cahü rif’ətdir bana.
Sinəm içrə dağlardır, laləvəş dağlanmışam,
Bu deyil zillət, Qəradaği, səadətdir bana.