Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/85

Vikimənbə saytından
(Süleymana baxın səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

Yanında yoldaşları var,
Qoyun isnat verim barı.
Birisinin adı Əsmər,
Birisinin adı Zərri.
Qoy könlünə yer gəlməsin,
Ata bilsin Sənətkarı,
Müxtəsəri mən nə deyim,
Yusifi-Kənana dəyər.

SÜLEYMANA BAXIN

(Göyçə mahalının Daşkənd kənd sakini
Süleymana həsr olunub)

Mən aşiqəm, el içində
Dolanaram zaman-zaman.
Qəlbim dedi, belə şəxsə
Şeir qoşam, dastan yazam.
Allah bilir nanəciblə,
Müxənnətlə yoxdur aram.
Aqil görsəm səcdə qıllam,
Gedin Süleymana baxın.

85