Sığal verib
Görünüş
Sığal verib Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Gözucu məclisə nəzər yetirdim,
Gördüm ki, telinə yar, sığal verib.
Astadan içimdə köksüm ötürdüm,
Gözəllik hüsnündə var, sığal verib.
Şux əndamı əndamların içində,
Tək yaranıb, kimdir belə biçimdə.
Sərraf gözüm yaxşı seçib seçimdə,
Edib gözəlləri xar, sığal verib.
Məmmədhüseyn gördü, artdı həvəsi,
Hər gəldikcə qulağına xoş səsi.
Xanımların yığvalımın töhfəsi,
Eyləyib günümü dar, sığal verib.