Sılaya varacağam
Görünüş
| Sılaya varacağam Müəllif: Almas İldırım |
Yol ver, çəkil önümdən, ey yolumu kəsən dağ,
Gün gəldi, yetər artıq, sılaya varacağım…
Al məni qoynuna, ey Doğuya axan irmaq,
Mən də axıb о dərdli torpağı saracağım…
Yetər artıq, çox oldu qürbət eldə qaldığım,
Ayrılıq sitəmiylə qıvrılıb bunaldığım,
Çıx, görün gözlərimə, ey qadasın aldığım,
Fərhad kimi yolunda dağları yaracağım…
Yağı öldü sanmasın aldığım bu yapadan,
Min kərə böylə çıxdım fırtınadan, boradan,
Gün gələr qaldıraraq bu dağları aradan,
Çevrəndəki zənciri yenə mən qıracağam…
Kim deyər ki, könüldə xatirən yох, yadın yох,
Lənət о şerimə ki, onda sənin adın yох,
Sanma ki, könüllərdə qərib bir fəryadın yох,
Mən sənə çatmaq üçün səni çağıracağam.