Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz

Vikimənbə saytından
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz
Müəllif: Əbülqasim Nəbati


Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,
Səcdeyi insan olub cümleyi-imkanə fərz.

Münşiyi-əmri-qəza hər kimə yazmış bir iş,
Oldu məni-acizə xidməti-cananə fərz.

Yoxdu dəva aşiqə düxtəri-rəzdən suvay,
Olmuş əzəldən mənə sağərü peymanə fərz.

Sanma ola hər dili qabili-lə’lü gühər,
Kövhəri-şəhbar olub əfsəri-sultanə fərz.

Hər kimə düşməz edə mədhi-şahi-lafəta,
Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz.

Vamiqi-şeyda gərək ta bilə Əzra nədir,
Tövfi-büt etmək olub rahibü rəhbanə fərz.

lsa Nəbati əgər həmdəmi-ənfasi-sübh,
Vəsfi olur bigüman mürği-Süleymanə fərz.