Məzmuna keç

Səhifə:Şair Məmmədhüseyn. Nur çeşməsi. Bakı, “Elm və təhsil”, 2018, 368 səh.pdf/150

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Xəyalımdan huri-qılman dolandı,
Dedim xoşbəxt o qəlbimə dolandı.
Məmmədhüseyn pak eşqinlə dolandı,
Dövran açar sənə, ay süzə-süzə.

QALANDI

Gülsən də üzümə sən indən belə,
Qəlbimə vurduğun yara qalandı.
Hayıf ürəyimdə yanan məşələ,
Qədrimi bilməyən yara qalandı.

Qoy bəzəsin yarım yaşat ar səni,
Belə keçməz bir gün yaş atar səni.
Var ömrüm özündə yaşadar səni,
Səninsə varlığın yara, qal andı.

Qərib həsrət ilə baxar yerinə,
Vəfasız ilqarın əhdi, yeri nə.
Məmmədhüseyni qoysan nadan yerinə,
Əlinə tənədən yaraq alandı.

150