Ustadnamələrdə olduğu kimi divani və müxəmməsləri
də faydalı məsləhətlərlə, nəsihətamiz sözlərlə doludur.
Bu halı biz şairin yuxarıdakı divanisində də görürük.
Şair Məmmədhüseynin təcnisləri də həm məna,
həm də üslub etibarilə çox qüvvətlidir.
XIX əsrin yaradıcı insanları aşıq poeziyasının başqa
çox işlənən növləri kimi təcnis yaradıcılığına da
xüsusi meyl göstərirdilər. Lakin bu təcnislərin çoxu forma
cəhətdən mükəmməl, məna etibarilə isə bitkin olmurdu.
Təcnisin cinaslar əsasında qurulması ifadəni bəzən forma
xatirinə deyilmiş dağınıq fikrə gətirib çıxarırdı. Dərin
məzmunlu təcnislər yaratmağa isə Şair Məmmədhüseyn
kimi ustadlar müvəffəq olurdular. Bu cəhətdən onun cığalı
təcnisləri daha nümunəvidir. Cığalı təcnislər də təcnislər
kimi cinaslar əsasında deyilir. Bunların arasında
fərq cığalı təcnislərdə dörd bütöv misranın hər iki misrası
arasında dörd misralıq cığaların deyilməsidir. Cığalı
təcnislərdə dərin məzmun vermək, cinasların sayının çox
olduğundan daha çox ustalıq tələb edir.
Şair Məmmədhüseynin cığalı təcnisləri çox axıcı
və məzmun etibarilə mükəmməldir. Onun cığalı
təcnislərindəki cinasları bəzən ayrılıqda eyni məna versə də,
misra daxilində müxtəlif mənada işlədilmişdir. Və şair
istədiyi fikri ifadə edə bilmişdir. Cığalarda bəzən fikir
ayrılığına təsadüf edilsə də, ustad aşıq cinaslardakı bu
fikir dağınıqlığını son misralarda ümumiləşdirib bitmiş
bir fikir yaradıb:
300
Səhifə:Şair Məmmədhüseyn. Nur çeşməsi. Bakı, “Elm və təhsil”, 2018, 368 səh.pdf/300
Görünüş
Bu səhifə korrektə edilib