Məzmuna keç

Səhifə:“Miskin Abdal – Səfəvilərin böyük ideoloqu, sufi şeyxi”. Bakı, 2018, 496 səh.pdf/100

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

YAŞILDIR, YAŞIL

Səhərin şöləsin buldum, bələndim,
Yer üzünə gələn yaşıldır, yaşıl.
Məhəmməd Nəbiyə gəldi bir xələt,
Xələtin kəndisi yaşıldır, yaşıl.

Həzrət Musa dedi, inanmadılar,
Peyğəmbər söylədi inanmadılar,
Haqqa, həqiqətə inanmadılar,
Haqqın dörd bir yanı yaşıldır, yaşıl.

Abdalın gözündən tökdürürsən yaş,
Əhl-dil yolunda qurbandır bu baş,
Cəbrayıl dəryadan gətirdi bir daş,
Daşın içində bir qurd;
Ağzında yarpağı yaşıldır, yaşıl.

100