Məzmuna keç

Səhifə:“Miskin Abdal – Səfəvilərin böyük ideoloqu, sufi şeyxi”. Bakı, 2018, 496 səh.pdf/450

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

ğını. Hüseyni çağırıb dedi:
– Oğlan, sənin bişirdiyin halva mənim xanımımın bərk xoşuna gəlib. Xanım halva istəyir.
Hüseyn gördü ki, o vaxt gələn qızların içində bu da var idi, özü də qabaqdakı xanımın yanında idi. Bu işdən dalağı sancdı.
Dedi:
– Xanım, nə qədər lazımdır?
Kəniz dedi:
– Üç adamlıq.
Hüseyn dedi:
– Yəni üç kirvəngə.
Hüseyn bildi ki, üç kirvəngə, üç adamlıq deməklə nə anlatmaq istəyir. Yəni iki biz, bir də sən. Bunu heç üzə vurmadı. Tərəzidə üç kirvəngə halva çəkdi, səliqə ilə dəsmala büküb, kənizə vermək istəyəndə Yasəmən dedi:
– Oğlan, xanımın evi yaxındı, zəhmət olmasa, qapıya qədər özün apar.
Hüseyn anladı ki, iş nə yerdədir. O, bacısını çağırıb dedi:
– Həsən, sən tərəzidə ol, müştəriləri yola sal, mən də bu xanımı ötürüb, gəlirəm.
Züleyxa eşiyə çıxanda Yasəmən müştəri gözü ilə ona baxdı, yanıb töküldü. Öz-özünə dedi: İlahi belə də gözəl oğlan olarmı? Kənizi də dərd beləcə götürdü. Onlar birlikdə Mahtəban xanımın imarətinin doqqazına çatdılar. Hüseyn əlindəki dəsmala bükülmüş halvanı Yasəmənə uzadanda, kəniz dedi:
– Oğlan, xanım mənə tapşırıb ki, halvanı sən verməlisən. Hüseyn gördü ki, yox, burada bir iş var. Xanımın sözündən də çıxmaq olmazdı. Elə, bunların hamısı Hüseynin də ürəyindən idi. O, içəri girib gördü ki, bu, həmin gördüyü xanımdır. Az qal-

450