cəri götürüb qaçsınlar. Bu məsələ qonşudan-qonşuya gəlib Həcərin qulağına çatdı. Həcər utanmağı yerə qoydu, atasına dedi:
– Kəndin içində özgə söz danışırlar. Birdən axmağın biri gəlib qolumdan tutar, yaxşı olmaz, get mənə silah al.
İsgəndər kişi maldan-puldan verdi, bir onatılan tapança aldı.
Kənddə bunu eşidən cavanlar elə kiridilər ki, elə bil qurbağanın gölünə daş atdılar.
İndi sizə kimdən xəbər verim, Göyçənin Alçalı kəndində Dünyamalı bəydən.
Dünyamalı bəy atan, vuran, varlı-karlı bir adam idi. Elə ki, Həcərin tərifini eşitdi. Arvadı ikiləmək fikrinə düşdü. Atını minib, birbaş İsgəndər kişinin evinə gəldi.
Aradan bir az keçəndə İsgəndər kişi soruşdu:
– Bəy, nə əcəb, siz də bizi yada salıbsınız?
– İsgəndər kişi, sözün doğrusu, sənin qızın Həcərdən ötrü gəlmişəm.
– Bəy, yaxşı eləyib gəlibsən, amma mən bir söz deyə bilmərəm, qızın ixtiyarı özündədir.
– Yəni qız mənlə danışar ki?
– Bəli, danışar.
– Di çağır gəlsin.
İsgəndər kişi Həcəri çağırdı, məsələ açıldı.
Həcər dedi:
– Dünyamalı bəy, gəlməyinə bir söz demirəm, amma işin axarını
fikirləşməyibsən.
– İşin axırı nə təhərdi ki?
– Sənin boy-buxununa, qoçaqlığına, ad-sanına söz ola bilməz. Amma arvaduşağın var. Mən sənə "hə" desəm, evinə ziddiyyət düşəcək. Ah-nalə də qoymaz ki, biz xoşbəxt olaq. Sən bu fikrindən əl çək.
Dünyamalı bəy nə dedisə, Həcər cavabını verdi, sözünü kəsdi. Dünyamalı bəy
atını mindi, kor-peşman geri qayıtdı.
İndi sizə kimdən xəbər verim Məşədi Isədən. Məşədi İsə 18 kəndin qılavası idi. Eşitdi ki, Qızılvəngdə belə bir gözəl peyda olub, strajnikinə dedi:
– Bu saat atları minin, gedək; əvvəl xoşla, olmasa zorla o qızı gətirək. Məşədi İsəgil atlandılar, birbaş Qızılvəngə. Bunlar kəndə yetişməkdə, Həcər də damın üstündə olmaqda. Atlrı İsgəndər kişinin qapısına tərəf sürdülər. Həcər bunları belə görəndə dedi:
300
Səhifə:Aşıq Ələsgər. Əsərləri. Bakı, "Şərq-Qərb", Bakı, 2004, 400 səh.pdf/300
Görünüş
Bu səhifə korrektə edilib