Məzmuna keç

Səhifə:Aşıq Ələsgər. (toplayanı Hümbət Əlizadə). Bakı, “Azərnəşr”, 1934. 184 səh.pdf/126

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

MƏNƏM

Əqildən kəm, huşdan caşqın, dildən kyt
Nəqabil, kəlməsi bisəmər mənəm.
Məçnun kibi viranalar kynçyndə
Sərgərdan səhraji-qələndər mənəm.

Cavanlıq vaqtımda mysgyl hal oldum
İblis əməlində pyrkamal oldum.
Qəza vurdu "sin" icində lal oldum
Hər sözy dillərda bir dəftər mənəm.

Sən'ətim mə’sijət, joqdur səvabı
Sual yeyn dilim dutmur çavabı.
Ədalət hakimin paji-tyrabı
Kamil ustadlara qulkəmtər mənəm.

Dolandım bihuda, gəzdim əfsana,
Tabe’ oldum nəfsə, ujdum şejtana
Xeyir əməlim joqdur mərdi-mərdana
Gynahkar, gynahkar, gynahkar mənəm.

Dynjanın cijfəsi aldatdı məni
Unutdum yqbanı, dutdum dynjəni.
Sonradan anladım çihanmış fani
Bu fanidən kecən Ələsgər mənəm.

131