Bu səhifə korrektə edilib
SANA QURBAN
Bir sözym var sana pynhan deməli
Qajıl olsan dejim, qul sana qurban.
Həsrətdəjəm didarını görməgə
Söjləjim: dərdimi bil sana qurban.
Mənim məcnunluqum hər mahal bildi
Dərdimi söjlədim, dyşmənlər gyldy.
Bivəfa qızlardan əlim yzyldy
Canımı elərəm dul sana qurban.
Ələsgəri gözdən salma iraqa
Neçə dözym belə dərdy fəraqa.
Lejli kibi və'də verdin bulaqa,
Məcnunam gözlərəm il sana qurban.