Məzmuna keç

Səhifə:Aşıq Alı. Əsərləri. Bakı, "Avrasiya press", 2006, 192 səh.pdf/150

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

_______________Milli Kitabxana________________

Odu ku, Niftalı dedi:
— Ay İmirzə, arvad razıdı. Qızı sənin oğluna verəjəm, amma istədiyimi gərək gətirəsən.
— İsdə qadan alım, görüm nə istiyirsən?
— Sənnən üç yüz manat qızıl pul alajam. On yeddi erkək gətirərsən. Çaxırrıdan dəli Ağayarın atının balasını da gətirərsən. O at Qazaxdan gəlif, Dilboz atdarın cinsinnəndi. El xərci o tərəf-bu tərəf də sənin boynuna.
İmirzə əl verir "Allah mübarək eləsin, a Niftalı" — deyif çıxıf üz tutur
Qızılvəngə.
Anam bir də xəvər gətirdi ki, dədən yaman fit çala-çala gəlir. Yağın qızın
"hə"sini alıf.
Öz-özümə dedim, axşamnan kişi toxdu, ətin fışqırığıdı, ajıxsın havax çalsa.
Dədəm gəldi. Kürkü atdı öyün ortasına. Arxası üstə uzandı. Əllərini başının altına çatdı. Anam gəlif dədəmin yanında oturdu. Dedi:
— A kişi, nə xəvər gətirdin?
— Öyü xaravanın qızı, sən bilmirsənmi mən getdiyim yerdən boş gəlmərəm.
— Nə dedi ay İmirzə, başdıx-işdik, bizdən nə istədi?
— Ə, nə var, nə istiyə. On yeddi erkək isdiyir, o tərəf-bu tərəf əl xərci mənim boynuma. "Hə" deməsinə bir at balası, üçcə yüz manat qızıl pul isdiyir.
Anam o yannan qayıtdı kı, onun yüz manatı bu anasının boynuna. Sonra dedi:
— A kişi, yüz manat da sənin boynuna. On harava ot bişmə, iyirmi harava biç.
Dədəm öysürdü:
— Arvad mənimkini əlli elə, mən düzəldə bilmiyəjəm.
— Düzəldəjən, canın çıxsın.
— Alı, a bala, yüz manat da sənin boynuna.
Aşıx Alı deyir: baxdım gördüm, bunnar elə danışıllar, elə bil gəlin gəlif, lap qapının ağzındadı. Amma ortada nə bir manat var, nə də bir keçiləri. Yerimnən qalxıf dedim:
— Ana, mənim coravımı, ayağımın məsini gəti. Sazımı götürüm gedim. Mən də
öz payımı düzəldim gətirim.

150