_______________________Milli Kitabxana______________________
QÜRBƏTDƏ
Mən torpağı atəşlə yoğrulan bir diyarın
Doğdum yad çəkmələrlə çeynənən yaxasında.
Ömrünü udub keçən hər qışın, hər baharın
İçində mən ağlaram yalnız onun yasında…
Basdığım hər torpağın qoy cənnət olsun üzü,
Mən onu bir an üçün tapdayıb keçəcəyəm.
Varsın da buz bağlasın hər bir çeşmənin gözü,
Mən yenə о içdiyim ağudan içəcəyəm.
Varsın hər çiçək, mana versin baharı müjdə,
Qəlbimdəki dağların getməz başından qışı.
Mən edəməm eşqimə yad bir məbədə səcdə,
Burax, getdigim yolun tufanlar olsun eşi…
Mən qürbətdə ölərsəm qəlbinə salma çilə*,
Söylə, dostlar gömməsin nəşimi torpaqlara.
Yaxaraq vücudumu kül edib verin yelə,
Bəlkə bir zərrə alsın ruzgar bizim dağlara.
Yox, mən ölmək istəməm, görmədən doğma yurdu,
Mən orda ağlamışam, mən orda güləcəyəm.
Söylə, qoy sevinməsin Kremlin vəhşi qurdu,
Mən tufanla doğuldum, tufanla öləcəyəm!..
1936, Elazığ
- Çilə – böyük dərd, əzab.
110