Məzmuna keç

Səhifə:Almas İldırım. Seçilmiş əsərləri. Bakı, "Öndər nəşriyyat", 2004, 160 səh.pdf/50

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

_______________________Milli Kitabxana______________________
Tuqay xanın gözlərində
Sar altun parıltısı,
Gələnlərin üzlərində
Hicran yaşı, ələm yaşı.

Zəncirlənib aparıldı
Tuqay xanın sarayına.
Göy sərvlər səs verdilər
Zəncirlərin harayına.

Qız salonu doldu yenə
Şərqin yetim qızlarıyla.
İnləyərək satıldılar,
Dəllalların sözləriylə.

IV

Bir gün yenə Gicginənin
Dərdləri coşdu, çağladı,
Çıxdı qalın ormanlığa
Gizli ağladı, ağladı.

Bir aralıq Tuqay xanın
Qız ovlayan ovçusu,
Qarşı çıxdı Gicginəyə
Oldu onun alıcısı.

Qız çırpınıb qarşı durdu,
Çox yalvardı, çox ağladı.
Fəqət Tuqay xanın qurdu
Tutdu qolların bağladı.

Qaçmaq üçün yolu bağlı,
Yetməzdilər harayına.
Düşdü əli, qolu bağlı
Tuqay xanın sarayına.

50