LƏTİFİM MƏNİM
Doyunca başına sığal çəkmədim,
Gözlərimin nuru, Lətifim mənim.
Aşıq oxutmadım, sünnət etmədim,
Könlümün qüruru, Lətifim mənim.
Sayammıram, həsrət çoxdur sinəmdə,
Nisgil çoxdur, zillət çoxdur sinəmdə.
Düşmənlərə lənət çoxdur sinəmdə.
Allah versin suru, Lətifim mənim.
İsoyam, fikirim bir sənsən ancaq,
Boy at, ucal sənə baxır bir ocaq.
Bir Allah bilir ki, necə olacaq,
Ömrümün axırı, Lətifim mənim.
MƏNİM
Tutu uşaqlardan mənə ver xəbər,
Yuxuma giribdi Minayə mənim.
Sevimli Lətifdən söylə bir qədər,
Dərdlərim çoxalır hər aya mənim.
Mürəbbə, – Lətifin qolundan yapış,
Anana, bacına köməyə çalış,
Edirəm hər zaman haqqa yalvarış,
Dilimdə car olur hər ayə mənim.
Ömürlük həsrətdən İsoy oysanır,
Qismət bu olacaq düşünüb, qanır.
Yerlər də, göylər də od tutub, yanır,
Gedəcəkdi ömrüm bəqayə mənim.
1943-cü il.
51
Səhifə:Araz Yaquboğlu. Daşkənd aşıqları və şairləri. Bakı, Nurlan, 2008, 416 səh.pdf/51
Görünüş
Bu səhifə korrektə edilib