GƏZƏR
Bilirsənmi könlüm, yar, səndən ayrı,
Necə miskin-miskin, natəvan gəzər.
Düşüb səhralara şeydalar kimi,
Gecə-gündüz bilməz, hər zaman gəzər.
Bir dilbəri-əla, çeşmi-məstanə,
Qüssəsindən könül oldu viranə,
Bilmirəm ki, neyləmişəm cananə,
Hər görəndə məndən belə yan gəzər.
Firqətindən qara bağrım olub su,
Alıbdı qərarım ol zülfü keysu,
Mən olmuşam ləli-ləbindən ayru,
Deyərlər ki, cismində bəs can gəzər.
Niyə Aşiq unudubdu hər karı,
Sevibdi bir şxui-çeşmi-xunxarı,
Ol yanağı mahi, lalə ruxsarı,
Necə qıyar zülfü-pərişan gəzər.
SƏN-SƏN
Səni tanı, məndən olma mükəddər,
İncitmə bu dili-viranı sən, sən!
Neylərəm dünyanı əzizim, sənsiz,
Bilirəm dərdimin dərmanı sənsən.
Gözəldi camalın, hüsnündü cəmil,
Öldum hicranından, qalmışam xəcil,
Başın üçün ey gül, dolansam yüz il,
Könlümün mülkünün sultanı sənsən.
Vamiqin Əzraya var idi meyli,
Onunçün axardı gözündən seyli,
Yusifin Züleyxa, Məcnunun Leyli,
Mənim də canımın cananı sənsən.
300
Səhifə:Azərbaycan aşıq şeirindən seçmələr. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005, 376 səh.pdf/300
Görünüş
Bu səhifə korrektə edilib