Məzmuna keç

Səhifə:Azərbaycan qadın şairləri antologiyası. Bakı, "Avrasiya press", 2005, 256 səh.pdf/121

Vikimənbə saytından
Bu səhifə korrektə edilib


Dünya sənə gələn olmaz,
Çalxalanar ümman dolmaz,
Derd-azarı qanan olmaz,
Ahü-zardı sözün sənin.

Pis ehvalda sorma meni,
Bu məkanda arma məni,
Yaman çağa salma məni,
Qan ağlayar gözün sənin.

Zeynəb köçər, özü qalmaz,
Nitqi batar, sözü qalmaz,
Torpaq üstə izi qalmaz,
Nə dönükmüş üzün sənin.

BAYATILAR

Küdrünün katan qarı,
Novruzu öten qarı,
Allah tezbazar etsin
Axşamdan yatan qarı.


Mələ, qoyunum, mələ,
Səsin daşları dələ,
Mən mələdim gəlmədi,
Sen mele, belke gele.


Bu dərənin uzunu,
Oğlan, qaytar quzunu,
Get dədəmə çoban ol,
Bəlkə verə qızını.

121