Məzmuna keç

Səhifə:Azərbaycan qadın şairləri antologiyası. Bakı, "Avrasiya press", 2005, 256 səh.pdf/122

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Sacları külləsənəm,
Gül vurub gülləsənəm,
Sən igidlər nəslisən,
Dəyməz heç güllə sənə.


Arxac üstü boyana,
Getmə məndən o yana,
Çəkərəm pünhan-pünhan,
Vermǝrǝm dərd bəyana.


Xoruz ban qabağında,
Sübhün dan qabağında,
Yarım bir bizə gələ,
Verəm can qabağında.


Mis qazanın paxiri,
Oğlan, qaytar naxırı.
Darıxma, çoban bala,
Qız sənindi axırı.


Görükən qarağandı,
Çərəndi, qarağandı,
Əzrayıl ovdan gəlir,
Əlləri qara qandı.

122