RƏZİYYƏ GƏNCƏVİ
Rəziyyə Gəncəvinin əsərlərinə XIV əsrdə Cəlaləddin Xəlil Şirvaninin tərtib etdiyi “Nüzhətül-məcalis” adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər.
RÜBAİLƏR¹
Yolun torpağıtək eyləsən də xar,
Yenə də qulunam, ey eziz dildar!
Qərqəm göz yaşına, mərhəmət qılıb,
Alsan ağuşuna məni, nə olar?
Yuxum yox, getmə sən, canan, gözümdən,
Getməyir göz yaşı bir an gözümdən.
Çünki sən gözümü etmisən məskən,
Sevincdən yaş damır hər an gözümdən.
O zülfün ahımtək uzundur, canan!
Adətin gözəldir, özün mehriban.
O xumar gözünə mailəm sənin,
Sürmədən heç minnət çəkməyib bir an.
Tellərin baş əyib öpür səməni,
Bəzəyib səmənlə mişki-xūtəni.
Deyirlər ki, xətdir ağ üzündəki;
Xətdir o, gətirib öldürsün məni.
1 Tərcüməsi Xəlil Yusiflinindir.
20