Məzmuna keç

Səhifə:Azərbaycan qadın şairləri antologiyası. Bakı, "Avrasiya press", 2005, 256 səh.pdf/98

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Tifaqımı dağıdıbdır bu çərxi-bədkirdar,
Edib məclisi-əğyarda fəsanə məni.

Görəndə zülf ilə xalın, deyər könül mürği:
O dami-zülfə salur axiri bu danə məni,

Qutar bu qeydi-fenaden, məcaz seyrindən,
İlahi, indi yetir mülki-cavidanə məni.

Kəminə etməz idi bak ahli-alemden,
Müqəyyǝd eylədi axır yenə zəmanə məni.



Saqiya, mey ver ki, mən meyxanədə küllənmişəm,
Qem hücumundan qaçıb bir küncdə gizlənmişəm.

Şuri-eşqin eyleyib divane, müddət gəzmişəm,
Bağlayıb dil helqeyi-geysuye ta, dincəlmişəm.

Zülfi-kəckarın salıb sevdayə könlüm, sud yox,
Tari-muyin kimi, tari-muyindən incəlmişəm.

Sinəmi hər ləhzə tiri-qəmzən ilə qılma çak,
Mən də vaxtında sənin tek naz ilə bəslənmişəm.

Most sanma, eyləmə tənə mənə hər dövrdə,
Çeşmi-mexmurun məni mexmur edib millənmişəm.

Bir ǝyağ ilə əlim tut, eyləmə birəhmlik,
Çox oturdum sümmi-bükmün imdi ta dillənmişəm.

Çun xəzan olmuş fəraqində tenu cani-həzin,
Açılıb zəxmi-dərun gül-gül, əcəb güllənmişəm.

Çem-xeminden piçtabə gəldi könlüm rişqəsi,
Fikri-sərvi-qamətindən rast ikən xəmlənmişəm.

98