Məzmuna keç

Səhifə:Azərbaycan qadın şairləri antologiyası. Bakı, "Avrasiya press", 2005, 256 səh.pdf/99

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Qan olub könlüm mənim bu badeyi-səhba kimi,
Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm.

Bir sənubər qamətü gülpeykerü Leylivəşin,
Valehü heyranıyam Məcnunsifət çöllənmişəm.

Oldu zülfün telbetel, yetdi dimağa buyi-müşk,
Açılıb könlüm, Kəminə, gör necə tellənmişəm.

Eşqdə sud etmədim, düşdüm dəxi sevdayə mən,
Tapmadım bir sud, oldum böyle bisermaye mən.

Beytüləhzane Züleyxa tək girib qəm çəkməyim,
Boş deyil ondan düşüm Məcnun kimi səhrayə mən.

Canü ağuşin açıb, qəmlər basıb qan könlümə,
Cümle etfali-qeme ta olmuşam bir dayə mən.

Arifi-saliklərin peşminə dəlqin vermərəm,
Dəhrdə, tanrı bilir, yüz ətləsü dibaye mən.

Bulmamışkən əhli-ürfanım mülaqin dəhrdə,
Uğradım nahaq yerə bir şuxi-bipərvayə mən.

Kuyi-eşqə girməyə könlüm dəxi etməz həvəs,
Rah püraşubdur düşdüm əcəb sevdayə mən.

Xaki-kuyi-dergahi-Nəvvab olaydım kaş ki,
Bilmişəm bəxtimi yetmem rütbeyi-əlayə mən.

Abışa bilmiş Qaradağı Kəminə dağlanıb,
Odalı serkar Növrət, Bakiye hemsayə mən.

99