Məzmuna keç

Səhifə:Fatma xanım Kəminə. Seçilmiş əsərləri. Bakı, "Elm və təhsil", 2022, 172 səh.pdf/150

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

və ya:

Bahar əyyamıdır, açıldı güllər, ey cavan, sənsiz,
Təəccübdür nədən divanə olmaz Natəvan sənsiz.
…………
Yetişməz başa Abbas, ömrüm axır bir tamam olsun,
Keçir hər bir dəqiqə ildən artıq əlaman sənsiz!

Bu gün iydi-şərif oldu, məgər sən bixəbərsənmi?
Güman etmə ki, işrət içrə əylənsin anan sənsiz!

deyən Natəvanın hər iki qəzəlində nakam ölən oğul dərdilə göz yaşları tökən, bayramı qara gələn ananın nalə və fəryadları, inilti və sızıltıları yüksəlirsə, Kəminənin həmin rədiflə yazdığı:

Dönüb könlüm əziza, qanə sənsiz!
Gəlir şamü səhər əfqanə sənsiz!

mətləli qəzəlində aşiqanə bir ruh hakimdir. Fatma xanım Kəminənin şeirlərində ara-sıra "covri-rəqib, sərzənişi-əhliruzigar"dan şikayətlər, bəzən də dini ünsürlər daha çox nəzərə çarpırsa da o, müasirlərinə, xüsusilə Natəvana nisbətən nikbin, şən əhval-ruhiyyəli bir şair kimi nəzərə çarpır. O, qəzəllər və müxəmməslər yazmışdır. Kəminənin əsas mövzusu qəzəllərinin leytmotivi təmiz, vəfalı bir məhəbbətdir. O, əsasən aşiqanə parçalar yazır, çox vaxt hicrandan, vüsal həsrətindən bəhs etsə də, incə şair qəlbinin ümidlə döyündüyü duyulur. Hicran onun lirik qəhrəmanını ümidsizliyə, bədbinliyə salmır, əksinə, onun saf və pak məhəbbətinə sadiq olan qəzəl qəhrəmanı sevgilisinə, onun

–– 149 ––