Məzmuna keç

Səhifə:Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.pdf/100

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Başlar mühitinizdə
Coşmaya fırtınanız
Bəlkə biz olmasaydıq
Siz daim anlı-sanlı
Qoşardınız, nəşəyə
Ürəyiniz nişanlı,
Çobansız sürü kimi
Başınız boş olurdu.
Gündüzünüz fərəhli,
Gecəniz xoş olurdu.
İllər, bizi yoxluqdan
Varlığa atan illər…

SU VƏ KÜLƏK

Zaman gələr
Torpaq bizdən
Əsirgəyər petrolunu.
Fəqət möhkəm bolşeviklər
Mübarizə səhnəsində
Yadırğamaz rolunu.
Yer üzündə sular var,
Sularda dalğalar var,
Dalğalarda ruzgar var,
Həpsi – bizim qüvvətimiz…
Biz suları, küləkləri
Fəth edəriz.
Külək – qüvvət,
Su – qüvvət,
Nə genişdir təbiət.
Bu il məchul iqlimlərə yelkən açan
Gedişlərin bayramı.
Fil xortumlu maşınların,
Xortumları altındakı
Qart dişlərin bayramı.

100