Məzmuna keç

Səhifə:Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.pdf/200

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Qurbağalar nağara
Çalır kimi səslənir.
Buna xan bağı denir.
Qırx otaqlı bir bina,
Hər əmələ aşina.
Fəvvarələr, hovuzlar,
Xoş yerişli tovuslar.
Eyvanlar sarmaşıqlı,
Divarlar yaraşıqlı.
Mərmərdir novalçası,
Saray "Çiçi" xalçası
Kimi işləmiş zərif.
Könül açan bu lətif,
Bu sevimli mənzərə
Səssiz baxır Xəzərə.

2

Baxın, burda kim yaşar:
Quş xan adlı hökmüdar.
Deyirlər ki, bu Quş xan,
Bu dili qurumuş xan,
Bir gün həmən sarayı
Tikən böyük ustayı
Qarşısında oturtmuş,
Üzünü ona tutmuş:
– Söylə, ey qoca memar,
Sənəti uca memar!
Sən bu saraydan gözəl,
Daha zəngin, mükəmməl
Bir iş də işlərmisən,
Yarada bilərmisən,
Bundan da gözəlini,
Daha mükəmməlini?
Tarixin baş memarı
Üz tutub xana sarı,

200