Mədəni maarif vəzifəsində
Çalışır, çarpışır o gündən bəri.
O, səssiz baxmada.. fəqət yerində
Başqa bir işçinin durmuş əlləri.
Qalın qaşlarının ətəklərində
Axmada simsiyah mazut selləri.
– Bax, – deyir, – ömrümün çox zamanları
Rəngin lövhələri keçmiş bu yerdə.
Bu yerdə ömrümü etmişəm yarı,
Bu yerdə batmışam nəşəyə, dərdə.
İndi ayrı işdə çalışmaqdayım.
Bilməm bu mədəndə nə var ki, daim
Burada ürəyim döyünmək istər,
Boylu buruqlarla öyünmək istər.
Bu saat, qarşımda qopan vəlvələ
Mənə bir musiqi qədər xoş gəlir.
Sardıqca dövrəmi qorxu, zəlzələ
Köksüm qanadlanır, duyğum yüksəlir.
Bax, mənim vəzifəm açarçılıqdır;
İllərcə feyz aldım mən bu gedişdən.
Bilməyirəm məndə bu nə qılıqdır
Ki, xoşlanmayıram heç qeyri işdən.
Mənimlə çalışan çox işçilər var
Ki, həpsi çəkilmiş irəli, onlar,
Onlar çalışırlar ağıllı-başlı;
Həpsi zərbəçidir, həpsi təlaşlı.
Fəqət mənim könlüm bu ehramların
Üstündə çırpınıb, seyr etmək istər.
Ordan səhərlərin və axşamların
Çapqın həyatını seyr etmək istər.
300
Səhifə:Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.pdf/300
Görünüş
Bu səhifə korrektə edilib