Məzmuna keç

Səhifə:Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.pdf/4

Vikimənbə saytından
Bu səhifə korrektə edilib


Bu kitab "Mikayıl Müşfiq. Həyat sevgisi" (Bakı, Yazıçı, 1988) və "Mikayıl Müşfiq. Əsərləri. 3 cilddə" (Bakı, Səda, 2004) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni, redaktoru və
müqəddimənin müəllifi: Gülhüseyn Hüseynoğlu

894.361 — dc 21
AZE
Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2004, 352 səh.

…Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövrün Azərbaycan ədəbiyyatı bütöv olmayacaqdı. Əgər Müşfiq olmasaydı, bu ədəbiyyatda onun yeri güllə yarası kimi boş və ağrılı olacaqdı.
Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşarı edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Şairin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dilədodağa yatan, tez də yadda qalan şeirlərinin çoxu nəğmədən seçilmir.
Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcəyik, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik…
Unudulmaz şairimizin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.

ISBN 9952-418-15-6
© “ŞƏRQ-QƏRB”, 2004