Vər. 81a
ABDULLA BƏY ASİ QARABAĞİ
Cənab Abdulla bəy Əli bəy oğlunun təxəllüsü Asidir. O, Qarabağ əhalisindəndir. 1256-cı ildə (1841) Qarabağın Şuşa şəhərində anadan olub. 1291-ci ildə (1874) vəfat etmişdir. Şux və incə zövqlü bir cavan idi. Farsca da savadı var idi. Qasım bəy Zakir Xındırıstaninin nəvələrindəndir. Bu hissəni yazan vaxt onun şeir dəftəri ımənim qarşımda idi. Təxmin etdiyimə görə, şeirlərinin sayı 1400 fərd olardı və hamısı da şəhid seyid cənablarına (İmamHüseynə) olan növhələrdən, müxəmməs, müstəzad, tərcibbənd, təcnis, qəzəl və şairədən ibarət idi. Biçarənin ömrü vəfa etmədi, yoxsa ki, şairliyə lazım olan hər şey onda var idi. Din yolçusu sayılırdı.
Belə ki, sağ olan vaxt çox zaman mənim yanıma gəlirdi, əhvalından xəbər tuturdum. O mərhumun bacısı oğlu maarifpərvər cənab Məşədi Səməd bəy onun maddeyi-tarixi üçün bu beytləri yazmışdır:
ABDULLA BƏY ASİ QARABAĞİ HAQQINDA
MADDEYİ-TARİX
Fəqan, yenə üzü qara çərxin gərdişindən,
Qəm sultanı ələm şəhərinə ordu çəkdi.
Şeir deməkdə və nəzm qoşmaqda ad-san,
Ay və günəşə çatan Asi həqqin dəvətinə,
"Ləbbeyk" devib, bu vəfasız dünyadan,
Allahın rəhmətinə tərəf yollandı.
Əfsus, elm və söz xəzinəsi olan o sinəyə,
Ki, qara torpağın altı ona yataq oldu.
Qeybdən vəfat tarixi üçün nida gəldi.
Ruhu behişt (1291) qəsrlərini cayqah etdi.
ASİNİN QƏZƏLİ
İstərsən ayın üzünü bulud altında gizlədəsən,
Üzündən o iki zülfünü bir yana çək.
Sənin qıvrım zülfünün yadı ilə ayrılıq gecəsi,
Könlümün ahının tüstüsünü aya çatdırıram.
100
Səhifə:Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, Elm, 2018, 712 səh.pdf/100
Görünüş
Bu səhifə korrektə edilib