Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bər əkslikdən özgə adət görmədim.
Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən eyləyibsən şadiman,
Ol sənə, əlbəttə ki, düşmənlik eylər, bigüman,
Hər kəsə hər kəs nə etdi yaxşılıq, oldu yaman,
Bulmadım bir dost kim, ondan ədavət görmədim.
Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz əda şükri-nemət aşikar,
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü etiqat aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.
Mən özüm çox kuzəkarı kimiyagər eylədim,
Sikkələndirdim qubari-tirəni zər eylədim,
Daneyi-xərmöhrəni dürrə bərabər eylədim,
Qarə daşı döndərib yaquti-əhmər eylədim,
Qədrü qiymət istədim qeyr-əz xəsarət görmədim.
Müxtəsər ki, böylə dünyadan gərək etməz həzər,
Bu səbəbdən ki, deyildir öz yerində xeyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşləyən işlərdə əhkamü ləyaqət görmədim.
Hər kişi hər şeyi sevdi ani behtər istədi,
Bəzi gəncü mülkü, bəzi təxtü-əfsər istədi.
Padişahlar dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü, vəsli-dilbər istədi,
Heç birində aqibət, bir zövqü rahət görmədim.
Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Başadək bir hüsnü surət, qəddü qamət görmədim.
Ey xoş ol kəslər, Məhəmməd Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü ixlas ilə pənc ali-əbanı sevdilər,
Çardəh məsum tək müşkülgüşanı sevdilər,
Daxi onlardan gözəl, yaxşı cəmaət görmədim.
15
Səhifə:Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, Elm, 2018, 712 səh.pdf/15
Görünüş
Bu səhifə korrektə edilib