Məzmuna keç

Səhifə:Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, Elm, 2018, 712 səh.pdf/600

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Məndən sonra qaç dızaqlılara de ki,
Yatmış şir ilə oynamaq yaxşı deyil.

Ey Hadi, sənin həcv yolundan qorxan deyilik,
Mənim halım "Tifl və cünəmbər" hekayətinə oxşayır.

Şeir şamının altında öz qara üzünü tutmusan,
Əfsus ki, şam öz ayağına işıq salmır.

Ey Bəyməmməd, istedadın olmadığından şeirdən əl çək,
Nə vaxta qədər xam xəyal edəcəksən ki, gözəl təbʼim var?

Sənin söz gözəlin sənə heç vaxt ürək verməz,
Sən paxıllıq divisən, söz isə hurisifətdir.

Şeir bağçasına tərəf çox gəzdim,
Onun gülləri mənim qardaşımın sözlərindən daha solğundur.

İsfəndiyar öz bədəninə ox batmamağı ilə fəxr edərdi,
Rüstəmin gəz ağacından düzəlmiş oxuyla məğlub oldu.

Dizaqın o biri müəllifləri yadımdan çıxdı,
Bu da arif adamların yanında həcvdən də pisdir.

Öyüdümü eşit, Səlim, yaxanı kənar çək,
Kin şərabından məst olmuşam, əlim xəncərdədir.

Həcvdən dilimi bağladım ki, məndən küsməyəsən,
İndi onun əvəzində sən dönə-dönə mənə təʼnə edirsən.

Bax, qələmimin ucunun hədəfi olmaq istəyirsənsə, bil,
Bu elə bir oxdur ki, doqquz fələk də onunla bacarmaz.

Saqi, gəl ki, ümid gözüm yolda qaldı,
Mənbəyi-abi-kövsər hovuzunda olan sudan ver.

Halımı sənə izhar etməyə nə hacət, özün görürsən,
Lütfün kərəm mənbəyi yaradandır.

Hanı xoşbəxtlik ardınca gedən Xızr ki, könlümün yolunu itirib?
Onun möhnətindən İsgəndərin məhəbbəti zəlil olub.

600