buraya bir cavan aşıq gəlib çıxıb. Şəhərə yayılıb ki, onu buraya Sənubərin eşqi gətirib, haqq aşığıdır. Deyilənə görə, guya qoca bir dərviş yuxularında onlara eşq badəsi içirib, onları bir-birinə buta verib.
Bunu eşidən Mahmudu od götürdü, nə götürdü. Cin atına mindi.
Ağzı köpüklənə-köpüklənə dedi:
– Mən gədə deyiləm ki, hər yoldan ötənə qız verəm. Onun başına
bir oyun açaram ki, yarandığına peşman olar.
Qeysər dedi:
– Mahmud, hirsini boğ, səbirli ol. Bu hərəkət bizi el içində hörmətdən salar. Ehtiyatlı olmaq lazımdır. Birdən, doğrudan da, haqq aşığı olar. Bir şey eləyib, Allahın qəzəbinə gələrik. Əlimizdə də xeyir işimiz var. Demək olmaz, işin içindən iş çıxar.
Mahmud acıqlı-acıqlı:
– Nə deyirsən? Demək istəyirsən ki, çağırım bu yoldan ötəni, gədənin birini, deyim ki, ay haqq aşığı, gəl, Sövdəgər Mahmudun qızı, dünya gözəli Sənubəri al apar, get Göyçəyə? Yox, Qeysər, mən haqq aşığı-zad tanımıram. Onu yox eləyəcəyəm.
Qeysər əlini onun çiyninə qoyub, dedi:
– Mahmud, bir tədbir fikirləşmişəm. Gəl, elə eləyək ki, nə şiş yansın, nə kabab.
Mahmud dedi:
– De görüm, nə deyirsən?
Qeysər:
– Aşığı çağırtdır yanına. De ki, mənim sənə veriləsi qızım yoxdur.
Eşitməsə, de ki, şəhərdən çıxıb getsin. Buna da razı olmasa, saldır zindana. Toydan sonra, iş-işdən keçəndən sonra buraxarsan, çıxıb gedər öz dağılmışına.
Mahmud bığının altından qımışıb, dedi:
– Bu, lap ağıllı məsləhət oldu.
Sövdəgər Mahmud tez qoldan zorlu, ağıldan kəm iki pəzəvəng tapıb, Miskin Abdalın dalınca göndərdi. Yolda gördülər ki, aşıq da, yoldaşı da Sövdəgər Mahmudgilə tərəf gedirlər. Mahmudun adamları bu işə mat-məəttəl qaldılar. Aşığı da, onun yoldaşını da götürüb, Sövdəgər Mahmudun yanına gətirdilər. Miskin Abdal salam verdi. Mahmud onun salamını almayıb, acıqlı-acıqlı dedi:
– Gədənin biri, gədə. Bilirsənmi, kimə sataşırsan? Səni qurda-quşa
99
Səhifə:Miskin Abdal. Bakı, “Səda“, 2001, 288 səh.pdf/100
Görünüş
Bu səhifə korrektə edilib