Sünni, şiə – Məhəmmədin hümməti,
Paşam, mürvət elə, belə kar olmaz!
Bu sözdən sonra, elə bil, sultan da, yanındakılar da yatmışdılar,
ayıldılar. Bildilər ki, Miskin Abdal nə demək istəyir. Sultan Səlim Miskin Abdalı süzüb, dedi:
– Miskin Abdal, sənin sözlərini yerinə yetirmək üçün iki şərtim
var. Əməl eləsən, əsirlər qılıncdan keçirilməyəcək. Əməl eləyə bilməsən, bu, mənim günahım deyil.
Miskin Abdal dedi:
– Sultan, o şərtlər hansılardır?
Sultan dedi:
– Birincisi, bizə görə bir söz də çalıb-oxuyasan. Özü də ustadnamə
ola. İkincisi, gərək, sənin istəkli şahının qılıncını mənə gətirtdirəsən.
Miskin Abdal hər iki şərti qəbul eləyib, dedi:
İki sultan əyləşib nərgiz taxtında,
Ortalığa şəmşir endi, ağlaram.
Məkas fəqan etdi dərya üzündə,
Yelkənim tərsinə döndü, ağlaram.
Nökər olan qulluq edər xanına,
Məşuqlar susadı aşiq qanına,
Cəbrayıl yetişdi Haqq məqamına,
Ahından şahpəri yandı, ağlaram.
Ya Rəbb, görən, kimlər yetər dadıma,
Həsrət qaldım, ocağıma, oduma.
Miskinəm, ərənlər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram.
Hamı gördü ki, Miskin Abdal baltanı, lap kökündən vurdu. Nə deyirsə, düz deyir. Sultan çox nainsaflıq eləyir. Onu deyim ki, sultan da əvvəlki sultan deyildi. Miskin Abdalın sözləri onun ürəyinə bir tıqqıltı salmışdı. Onu eşitməsə, bu işin axırının yaxşı olmayacağını hiss eləyirdi.
Qərəz, nə başınızı ağrıdım, Miskin Abdal tez adam göndərib, şahın
258
Səhifə:Miskin Abdal. Bakı, “Səda“, 2001, 288 səh.pdf/259
Görünüş
Bu səhifə korrektə edilib