məyək... Əgər, doğrudan da Haqq aşığısansa, biz qızlara da bir tərif
de. Bir az da bizim üçün çal, oxu.
Miskin Abdal bir-birindən gözəl olan bu qızları gözaltı süzdü. Qəlbi riqqətə gəldi, dedi:
– Gözüm üstə, qızlar. Sizin tərifinizi Yaradan özü verib. Mən də
Allahın sizə verdiyi o gözəlliyi vəsf eləyərəm. Uzaq yol gəlmişik.
Susamışıq. Mənə bir içim su verin, sonra başlayım, tərifinizi deməyə.
Qızlardan biri cəld qaçıb, yaxınlıqdakı durna gözlü bulaqdan dolçasını doldurub, aşığa verdi. Buz kimi suyu içəndən sonra, görək,
Miskin Abdal qızlara nə dedi:
Bir-birnizdən gözəlsiniz,
Qarşımıza çıxan qızlar.
De, bizlə var nə qəsdiniz?
Könül qurub, yıxan qızlar.
Şərbət bildim suyunuzu,
Mən öyərəm boyunuzu,
Kaş, görəydim toyunuzu,
Maral kimi baxan qızlar.
Cavansınız, qönçəsiniz,
Yol üstündə xonçasınız.
Pərvazlanıb, uçansınız,
Sultan qızlar, ay xan qızlar.
Olmayaydı kələkləri,
Olaydı xoş diləkləri,
Neçə-neçə ürəkləri,
Atəşlərə yaxan qızlar.
Mən Abdalı edib xəstə,
Bir qara göz, boyu bəstə,
Bənövşəni dəstə-dəstə,
Yaxasına taxan qızlar.
Qızlar bir ağızdan Miskin Abdala “Sağ ol!”, “Əhsən!” dedilər.
Cəvahir bilirdi ki, aşıq “boyu bəstə” deyəndə dərdindən divanə
olduğu Sənubərini nəzərdə tutur. Ancaq özünü o yerə qoymayıb, dedi:
69
Səhifə:Miskin Abdal. Bakı, “Səda“, 2001, 288 səh.pdf/70
Görünüş
Bu səhifə korrektə edilib