Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/10

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Mənə bu işdə yaxından kömək edən, çox böyük
zəhməti olan tədqiqatçı-jurnalist, əziz qardaşım Qabil
Zimistanoğluna, tədqiqatçı-yazar Araz Yaquboğluna,
aşıq sənətinin mahir bilicisi, ustad aşığımız Bəhmən
Göyçəliyə də dərin təşəkür və ehtiramımı bildirirəm.
Doğrudur, toplayıb çap etdirdiyim şeirlər Usta
Abdullanın tam irsini əhatə etmir. Amma belə bir
sənətkarın poetik dünyası ilə tanış olmalarının
zəruriliyini nəzərə aldım və əlimizdə olanların nəşr
olunmasına qərar verdim. İnanıram ki, əlimizdə olan bu
kitab və Zodlu Abdulla irsi tədqiqatçıların diqqətini
çəkəcək, maraqlı araşdırmalar aparacaqlar.

İbadulla Əliağa oğlu Ağayev
Azərbaycan Tibb Unversitetinin Epidemiologiya və
biostatistika kafedrasının müdiri, tibb elmləri doktoru,
professor, Əməkdar elm xadimi, Əməkdar müəllim

10