Bu səhifə korrektə edilib
Kəndim Kəlbəcərdi, elim Cavanşir,
Hər kəs məni görsə, xəyalı çaşır.
Vallahi, aşıxlıq sənə yaraşır,
İsmi pünhan, Əsəd, Minayə mənəm.
Söz tamama yetir, ustad məclisi Zodlu Abdullanın
bir duvaqqapması ilə bağlayır, biz deyək, siz şad olun:
Şəninə dastan yazaram,
Ay qoşa duran, bəri bax.
Gürcüsən, Aysorusan,
Yoxsa Dağıstan, bəri bax.
Səf düşdüm, səbb1 eylədim,
Mələksən, insan, bəri bax.
Xəstəyəm, yalvarıram,
Həkimi-loğman, bəri bax.
Gəzmişəm hər mahalı,
Gözəl yoxdur sən cürə bax.
Yolunda məhbus olmuşam,
Gərdənində zəncirə, bax.
Musayisən Tövrat oxu,
İsayisən İncilə bax.
İslamısan, and verirəm,
Ayeyi-Quran, bəri bax.
1 Şəkk etmək mənasında
102