Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/103

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Qaş qara, gözlər ala,
Yanaqların xalına bax.
Danışır şirin-şirin,
Ləblərinin balına bax.
Oynayıb gülməkdədir,
Yoldaşının halına bax.
Yoldaşın bixəbərdir,
Sən təzə cavan, bəri bax.

Zülf tökülüb dal gərdənə,
Qabağa tellər yaraşır.
Burun püstə, dodaq qaymaq,
Yanağa güllər yaraşır.
Abdulla sadağadır,
Kəsməyə əllər yaraşır.
Hazarat, siz də deyin,
Gəlibdi qurban, bəri bax.

Söylədi:
Aşıq Bəhmən GÖYÇƏLİ (Kazımov)
Əməkdar mədəniyyət işçisi

103