Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/13

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Azərbaycanın ayrı-ayrı ərazilərində yaşayan
Usta Abdulla nəhayət, 1939-cu ildə Gəncəyə köçür və
ömrünün sonunadək orada yaşayır. O, 1943-cü ildə 78
yaşında dünyasını dəyişir və vəsiyyətinə uyğun olaraq
“İmamzadə” də dəfn olunur.


Usta Abdullanın irsinin toplanması ilə ilk dəfə
jurnalist Rəşid Mehdiyev məşğul olub. Onun topladığı
şeirlər 1976-cı ildə xalq şairi Hüseyn Arifin redaktorluğu ilə “Gənclik” nəşriyyatında işıq üzü görüb.
Yazdığı dərin mənalı ustadnamələri, təcnis və
qoşmaları ilə oxucu və dinləyicilərin diqqətini çəkib,
aşıqlar onun şeirlərini məclislərdə böyük həvəslə
oxuyublar.
Şeirlərindəki hikmət və aforizm yükünün olması
şifahi xalq ədəbiyyatımızın kamil bilicisi, bir çox ustad
sənətkar və şairlərin yaradıcılığını əzbərdən bilən,
qeyri-adi yaddaşa malik olan Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının
müdiri, Əməkdar elm xadimi, professor İbadulla
Ağayevin də ciddi marağına səbəb olub. İbadulla müəllim
ustadın irsinin axtarışına çıxıb və onun qohuməqrəbası,
həvəskarları tərəfindən qorunub saxlanılan
poeziya nümunələrinin toplanması ilə məşğul olub.
Böyük ustad “Usta Abdulla”, “Zodlu Abdulla”,
“Sənətkar” təxəllüsü ilə də şeirlər yazıb:

13