Bu səhifə korrektə edilib
ARASINDA
Səhərdən sərvi boylunu,
Gördüm bağlar arasında.
Tüstüm ərşə bülənd oldu,
Yandım yağlar arasında.
Yandım, yetirən olmadı,
Mətləb bitirən olmadı.
Öldüm, götürən olmadı,
Qaldım ağlar arasında.
Eşqin firqətindən çaşdım,
Zülfün toruna dolaşdım.
Abdullayam, sənsiz aşdım,
Gəzdim dağlar arasında.
DÖNDƏRDİN
Oğrun-oğrun baxan gözəl,
Bağrımı qana döndərdin.
Özü gözəl, adı pünhan,
Könlümü şana döndərdin.
19