Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/21

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

QƏZAM MƏNİM

Qulaq asın, a yoldaşlar,
Çoxdu qəhri-qəzam mənim.
Xəstə düşdüm qürbət eldə,
Artıq olub cəzam mənim.

Bir zaman gəzdim havalı,
Götürdüm muzdu, bavalı,
Qonşum imiş un çuvalı,
Dostum imiş qazan mənim.

Mənim işim ahu-zardı,
Bu gen dünya mənə dardı,
Abdullayam, günahkardı
Dəftərimi yazan mənim.

OLAYDI

A yoldaşlar, a qardaşlar,
Son günümüz ağ olaydı.
Deyib-gülüb, danışaydıq,
Damağımız çağ olaydı.

21