Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/22

Vikimənbə saytından
Bu səhifə korrektə edilib

Fələk bir dövran quraydı,
Könlümdən xəbər verəydi.
Məxluqat xoş gün görəydi,
Ürəklər yumşaq olaydı.

Qoyun, quzu çöldə yata,
Örüş malı güclə tuta.
Bağ-bostanda inci bitə,
Bir kökdə yüz tağ olaydı.

Yeyib-içib gəzdiyimiz,
Şəhdi-şəkər əzdiyimiz,
Süd gölündə üzdüyümüz
Gah aran, gah dağ olaydı.

Peymanası dolan zaman,
Gülün rəngi solan zaman,
Dünya cənnət olan zaman,
Abdulla da sağ olaydı.

MƏN

Deyilənlər gerçəkdimi,
Doğurdanmı dəliyəm mən?
İstəyirəm ağıllının
İç üzünü əliyəm mən.

22