Bu səhifə korrektə edilib
İşləyirəm hər bir öydə,
Mənə birdir kasıb, bəy də.
Haqqım olsa daşda, zəydə,
Hamısına bəliyəm mən.
Mən ustayam çalışıram,
Dəzgahımla yarışıram.
Qan-tərimə qarışıram,
Abdullayam, ləliyəm mən!
YERİ
Bir zamanlar at oynadıb,
Gəzdi bəylər bizim yeri.
El oynadı bu qəflətdən,
Heç qalmadı dözüm yeri.
Allahdan var bir köməyim,
Haqdan düzəldi diləyim.
İşıq tapıbdır eynəyim,
Yaxşı seçir gözüm yeri.
Yerdən duman çəkilibdi,
Torpaq bizdə əkilibdi.
Qaçaq-quldur çəkilibdi,
Bir dolanım, gəzim yeri.
23